Azərbaycanda rüşvətxor hərbi komissar HƏBS OLUNDU
24 oktyabr 2024 15:55 (UTC +04:00)

Azərbaycanda rüşvətxor hərbi komissar HƏBS OLUNDU

İmişlinin hərbi komissarı həbs olunub.

Hərbi Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, qurumun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin rəisi vəzifəsini icra edən, polkovnik-leytenant Babayev Xəyyam Mirzə oğluna Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham elan edilib. Onun barəsində Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3162
avatar

Oxşar yazılar