Gülnar Həşimzadə
27 dekabr 2021 12:03 (UTC +04:00)

Gülnar Həşimzadə

Azərbaycanda quldurluq edən bacı-qardaş tutuldu

Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsidə vətəndaşı bıçaqla ölümlə hədələyərək külli miqdarda qızıl-zinət əşyalarını quldurluq yolu ilə ələ keçiriən şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, cari ilin noyabr ayının 26-da Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş Sənani Misirov ögey bacısı Gülnar Həşimzadə ilə birlikdə Gəncə şəhərində yerləşən Mərkəzi Univermaqdan onlayn yolla qızıl-zinət əşyalarını Şəmkir rayonunda yaşdıqları kirayə mənzilə çatdırılmasını sifariş verib.

Yaşadıqları evdə satıcıya əlindəki bıçaqla zor tətbiq edəcəyi ilə hədələyən Sənani Misirov ondan ümumi dəyəri 1050 manat olan 11 ədəd qızıl sikkə, ümumi dəyəri 3300 manat olan qızıl üzük, 1 cüt sırğa, boyunbağı və 200 manat dəyərində mobil telefonu quldurluq yolu ilə mənimsəyərək vətəndaşa ümumilikdə 15.064 manat maddi ziyan vurub.

Saxlanılan şəxslər əldə etdikləri qənimətlə birlikdə hadisə yerindən uzaqlaşaraq Bakıya şəhərinə gedərək həmin əşyaları satıb nağd pula çeviriblər.

Həmin şəxslər saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı Şəmkir RPŞ-də araşdırmalar davam etdirilir.

# 1971
avatar

Oxşar yazılar