Azərbaycanda  qeyri-adi QƏZA:   Hürkən at  ölümə səbəb oldu
19 sentyabr 2022 11:03 (UTC +04:00)

Azərbaycanda qeyri-adi QƏZA: Hürkən at ölümə səbəb oldu

Gədəbəydə yol qəzası zamanı bir nəfər ölüb.

Lent.az xəbər verir ki, Yenikənd kəndi ərazisində rayon sakini Elgün Abbasov atla hərəkət edən zaman avtomobillərin səs siqnalı verməsi nəticəsində at hürkərək qarşı yolda hərəkət edən Alim Əsgərovun idarə etdiyi "VAZ 21214" markalı avtomobilə çırpılıb.

Nəticədə Elgün Abbasov atdan yıxılaraq yerindəcə ölüb.

Faktla bağlı cinayət işi başlanıb.
 

# 4443
avatar

Oxşar yazılar