Goranboy rayon sakinini əqrəb sancıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Goranboyun Nizami kəndində baş verib.
45 yaşlı kənd sakini Rəhimova Nübar Fariz qızı təsərrüfatda çalışarkən əlini əqrəb sancıb. Xəstəxanaya yerləşdirilən qadına lazımi tibbi yardım göstərilib.