Mayın 30-da Şirvan ŞPŞ-nin əməkdaşlarına daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Samir Əbdülrəhmanov saxlanılıb.
DİN-in mətbuat xidmətinin regional qrupundan Lent.az-a bildirilib ki, ondan 5 kq-dan artıq narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi qaldırılıb.
Bu gün narkotik aludəçisi S.Əbdülrəhmanov saxlama yerində qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılaraq xəstəxanaya yerləşdirilib. Göstərilən tibbi səylərə baxmayaraq o xəstəxanada ölüb.
Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilib, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilib. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməyib.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.
***
16:43
Şirvan Polis Şöbəsinin müvəqqəti saxlanma təcridxanasında ölüm hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadən məlumatına görə, ölən şəxsin təcridxanada saxlanılan Siyəzən rayon sakini, 1983-cü il təvəllüdlü Əbdülrəhmanov Samir Zahir oğlu olduğu bildirilir.
Onun hansı səbəbdən öldüyü məlum deyil. Həmi şəxsin meyiti müayinə olunmaq üçün Şirvan Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şirvan Şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.