Azərbaycanda polis rəisi məhkəməyə verildi - SƏBƏB
01 oktyabr 2021 13:32 (UTC +04:00)

Azərbaycanda polis rəisi məhkəməyə verildi - SƏBƏB

Siyəzən rayon Polis Şöbəsinin İstintaq Bölməsinin rəisi məhkəməyə verilib.

Lent.az-ın məlumatına görə, polis kapitanı Bədirşah Vəlimətov barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsi ilə protokol tərtib olunub.

Protokol baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. İş hakim Xıdır Quliyevin icraatına verilib.

Qeyd edək ki, həmin maddə əsasında polis kapitanının nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırıla bilər.

Xatırladaq ki, B. Vəlimətov bu ilin mart ayında daxili işlər nazirinin əmrilə həmin vəzifəyə təyin olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7506

Oxşar yazılar

Ağstafada 34 yaşlı kişi kafedə bıçaqlandı

Ağstafada 34 yaşlı kişi kafedə bıçaqlandı

25 may 2025 , 20:34
Batan avtomobili çəkən traktor aşdı-Ölən və yaralanan var

Batan avtomobili çəkən traktor aşdı-Ölən və yaralanan var

25 may 2025 , 19:47
Bakıda yaşayış binasında yanğın -  YENİLƏNİB

Bakıda yaşayış binasında yanğın - YENİLƏNİB

25 may 2025 , 18:43
Gəncədə 27 yaşlı oğlan bıçaqlandı

Gəncədə 27 yaşlı oğlan bıçaqlandı

25 may 2025 , 14:55
Hacıqabulda FACİƏ:  balıq gölündə boğuldu

Hacıqabulda FACİƏ: balıq gölündə boğuldu

25 may 2025 , 11:15
Bakıda 19 yaşlı qız binadan yıxıldı

Bakıda 19 yaşlı qız binadan yıxıldı

24 may 2025 , 22:35
Bakıda FACİƏ : sürət qatarı piyadanı vurub öldürdü

Bakıda FACİƏ: sürət qatarı piyadanı vurub öldürdü

24 may 2025 , 21:37
Bakıda kişi yaşadığı evdə ölü tapıldı

Bakıda kişi yaşadığı evdə ölü tapıldı

24 may 2025 , 19:44