Azərbaycanda polis komandiri zəhərlənib öldü
25 may 2023 07:16 (UTC +04:00)

Azərbaycanda polis komandiri zəhərlənib öldü

0

Mayın 25-də saat gecə saat 5 radələrində polis baş serjantı xəstəxanada vəfat edib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, 42 yaşlı Samir İsmayıl oğlu Mustafayev mayın 24-də axşam saatlarında qida zəhərlənməsindən xəstəxanaya yerləşdirilib. 

Göstərilən tibbi müdaxilələrə baxmayaraq o həyatını itirib. 

Araşdırma aparılır. 

S.Mustafayev Əlahiddə Çevik Polis Alayında manqa komandiri vəzifəsində xidmət edib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 5303

Oxşar yazılar