Azərbaycanda 14 yaşlı qızı qaçıranlara cinayət işi açıldı.
Daxili İşlər Nazirliyindən Lent.az-ya verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə (Adam oğurluğu - bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) cinayət işi başlanılıb.
***
8 oktyabr, saat 20:56
Beyləqan rayonu, Qaralılar kəndindən qaçırılan 14 yaşlı məktəbli qız tapılıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon polis şöbəsi əməkdaşların keçirdiyi müvafiq tədbirlərlə şərti adı A.A. olan qızın qaçırıldığı istiqamət müəyyən olunaraq avtomobil saxlanılıb.
Faktla bağlı rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.