Azərbaycanda kimlər inzibati həbs oluna bilməz?
23 dekabr 2020 19:15 (UTC +04:00)

Azərbaycanda kimlər inzibati həbs oluna bilməz?

Lent.az-ın "Bir sual, bir cavab" rubrikasının növbəti mövzusu inzibati həbslərlə bağlıdır.

Karantin rejimi qaydalarının kobud pozulması ilə sayı daha da artan inzibati xətalar zamanı bəzi hallarda cərimə tətbiq olunsa da, həbs qərarları da verilir. Məsələnin də əsas tərəfi bundan ibarətdir: "Kimlər barəsində inzibati həbs qərarı verilmir?"

Hüquqşünas Şamil Paşayev suala cavab olaraq bildirib ki, inzibati həbs şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törədən, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır: "Əgər bu məqsədə cərimə ilə çatmaq mümkündürsə şəxs həbs edilmir. İnzibati həbsi ancaq məhkəmələr həyata keçirə bilir. Polis və ya digər icra orqanı əməkdaşlarının inzibati xəta ilə bağlı protokol tərtib edərək vətəndaşı həbs etmək səlahiyyətləri yoxdur. İnzibati həbs zamanı vətəndaşın şəxsiyyəti nəzərə alınmalıdır.

Burada ağırlaşdırıcı və yüngülləşdirici hallara baxmaq da lazımdır. Yüngülləşdirici hallara şəxsin himayəsində azyaşlı uşaqları olması, səmimi peşmançılığı, hadisələrin təsadüfi axını zəminində baş verməsi, yetkinlik yaşına çatmayanın və ya hamilə qadının hadisə törətməsi və s. daxildir.

Eyni zamanda, ağırlaşdırıcı hallara da nəzər salmaq labüddür. Səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi, bir il ərzində təkrar inzibati xəta törədilməsi, yetkinlik yaşına çatmayanların inzibati xəta törətməyə cəlb edilməsi, inzibati xətanın yetkinlik yaşına çatmayanlara qarşı törədilməsi, inzibati xətanın bir qrup şəxs tərəfindən törədilməsi, təbii fəlakət şəraitində və ya başqa fövqəladə şəraitdə, yaxud hərbi vəziyyət dövründə törədilməsi, sərxoş halda olan şəxs tərəfindən törədilməsi və s. isə işi ağırlaşdıran hallardır.

Onu da qeyd etmək lazımdır ki, inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə on beş gün müddətinədək müəyyən olunur və tətbiq edilir. Hamilə qadınlar və ya himayəsində səkkiz yaşınadək uşağı olan qadınlar, səkkiz yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edila bilməz".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8075

Oxşar yazılar

Goranboyda minaya düşən çobanın ayağı kəsildi - YENİLƏNİB

Goranboyda minaya düşən çobanın ayağı kəsildi - YENİLƏNİB

31 may 2025 , 15:02
Harınlamış məmurun SONU: DTX Saleh Səmədovu həbs etdi

Harınlamış məmurun SONU: DTX Saleh Səmədovu həbs etdi

31 may 2025 , 13:53
Rüfət Səfərovun həbs müddəti uzadıldı

Rüfət Səfərovun həbs müddəti uzadıldı

31 may 2025 , 13:40
Rusiyada 3 azərbaycanlı qəzada həlak oldu

Rusiyada 3 azərbaycanlı qəzada həlak oldu

31 may 2025 , 10:58
Zaqatalada AĞIR QƏZA:  gənc oğlan öldü

Zaqatalada AĞIR QƏZA: gənc oğlan öldü

31 may 2025 , 10:46
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

31 may 2025 , 09:55
Tanış olduğu qadınları qarət edən  azərbaycanlı gənc TUTULDU

Tanış olduğu qadınları qarət edən azərbaycanlı gənc TUTULDU

31 may 2025 , 09:25
Goranboyda qardaş bacısını bıçaqladı

Goranboyda qardaş bacısını bıçaqladı

31 may 2025 , 07:48