Azərbaycanda  keçmiş deputat   saxlanıldı - SƏBƏB
04 iyul 2023 23:30 (UTC +04:00)

Azərbaycanda keçmiş deputat saxlanıldı - SƏBƏB

0

Daxili İşlər Nazirliyi sabiq deputat Nazim Bəydəmirlinin saxlanılmasına münasibət bildirib.

Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi Zeyni Hüseynov Lent.az-a bildirib ki, N.Bəydəmirli vətəndaşın müraciəti əsasında araşdırmaya cəlb edilib.

"Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onun barəsində rüsvayedici görüntülərin olduğunu qeyd edərək ondan 50 min manat tələb etdiyini bildirib. O, bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikyətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Hazırda N.Bəydəmirli bu müraciət əsasında saxlanılıb, araşdırmalar davam etdirilir"- bölmə rəisi qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 11045

Oxşar yazılar