Azərbaycanda itkin düşən 10 nəfərdən YENİ XƏBƏR
30 may 2024 10:15 (UTC +04:00)

Azərbaycanda itkin düşən 10 nəfərdən YENİ XƏBƏR

Mayın 29-da polis itkin düşmüş kimi axtarışda olan 10 nəfəri tapıb.

Daxili İşlər Nazirliyinin mıətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə aprelin 15-də paytaxtın Nizami rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 37 yaşlı qadın, aprelin 16-da  Beyləqan rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi, aprelin 18-də  Xaçmaz rayonu ərazisində 4 azyaşlı övladı ilə birgə itkin düşmüş kimi axtarışda olan 34 yaşlı qadın, mayın 6-da  Naxçıvan şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 19 yaşlı qız, mayın 27-də Sumqayıt şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı qız və mayın 27-də Şəmkir rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 54 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1875
avatar

Arzu Qurbanlı

Oxşar yazılar