Lənkəranda meşədə 61 yaşlı kişinin meyiti tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, rayonun Diryan kəndindəki meşəlik ərazidə ağacdan asılmış vəziyyətdə aşkarlanan meyitin 1961-ci il təvəllüdlü kənd sakini olan Allahyar Rəhmətova aid olduğu müəyyənləşib.
Onun idman müəllimi olduğu bildirilir. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Hadisənin hansı səbəbdən baş verdiyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.