Dövlət Sərhəd Xidmətinin gizirinin intiharı ilə bağlı izahatlar alınıb.
Hərbi Prokurorluğun mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, mayın 10-u Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu, gizir Əlizadə Tərlan Rafiq oğlunun həmin gün xidməti mənzildə özünü asaraq öldürməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.
Daxil olmuş məlumat əsasında Şəmkir hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilərək, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb. İzahatlar alınaraq, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.
Hazırda Şəmkir hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.
***
Saat: 11:55
Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin Ağstafa rayonu ərazisində yerləşən şöbəsinin həqiqi hərbi xidmət hərbi qulluqçusu gizir Əlizadə Tərlan Rafiq oğlu yaşadığı xidməti mənzildə intihar edb.
Qurumun mətbuat mərkəzindən Lent.az-a verilən xəbərə görə, faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.