Azərbaycanda külli miqdarda dələduzluq olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, cari ilin may-sentyabr aylarında bir nəfər xaricdən kartof gətirəcəyi adı ilə rayon sakinlərini aldadıb. Belə ki, həmin şəxsin Cəlilabad rayon sakini olan bir nəfərdən 265.000 manat, Gədəbəy rayon sakini olan bir nəfərdən isə 647.000 manat pul alması barədə Baş İstintaq və Təhqiqat İdarəsinə müraciət daxil olub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Zeynalov tutulub.