Şəkidə süni göldən qadın meyiti tapılıb.
Lent.az xəbər verir ki, hadisə rayonun Baş Göynük kəndi ərazisində qeydə alınıb.
Buradakı süni göldə həmin kəndin sakini, 26 yaşlı Aygül Sərdar qızı Əhmədovanın meyiti aşkar edilib.
Əldə etdiyimiz ilkin məlumata görə, A.Əhmədova intihar edib. Onun son günlər psixoloji problemləri yaranıbmış.