Ağsu rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, rayonun Padar kənd sakini, 29 yaşlı Əhmədzadə Elnaz Əliheydər qızı kustar üsulla quraşdırılan su qızdırıcısının hamam otağına buraxdığı dəm qazından zəhərlənib. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün onun həyatını xilas etmək mümkün olmayıb. İki uşaq anası Elnaz Əhmədzadə huşsuz vəziyyətdə Ağsu rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə aparılsa da, orada dünyasını dəyişib.
Faktla bağlı Ağsu rayon Prokurorluğunda araşdırma aparılır.