***
Saat 19:43
Yevlax-Ağdam-Laçın yolunda baş verən qəza zamanı ölənlərin sayı 5-ə çatıb.
Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyevin Lent.az-a verdiyi xəbərə görə, xəstəxanaya yerləşdirilən 1 nəfərin də vəziyyəti ağırdır.
***
18:39
Lent.az-ın əldə etdiyi məlumata görə, qəza nəticəsində 4 nəfər ölüb, 1 nəfər xəsarət alıb.
***
saat 18:19
Bərdədə ağır yol nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə Bərdə-Ağdam avtomobil yolunun Bərdə rayonunun Kətəlparaq kəndindən keçən hissəsində qeydə alınıb.
"Mercedes" və "Niva" markalı minik avtomobillərinin toqquşması nəticəsində ölənlərin olduğu, 1 nəfər isə ağır bədən xəsarətləri aldığı bildirilir.
Xəsarət alan şəxs Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
İ