Sabirabadda ölümlə nəticələnən qəza olub.
Lent.az xəbər verir ki, hadisə Hacıqabul-Sabirabad yolunda baş verib. 41 yaşlı Məmmədov Davud Rafiq oğlu istifadəsində olan “Volkswagen Touareg” markalı, “90-GD-390” dövlət qeydiyyat nömrəli avtomobillə magistral yolda dəmir arakəsmələrə dəyib. Nəticədə sürücü hadisə yerində ölüb.
Məlumata görə, D. Məmmədov Sabirabad rayon Polis Şöbəsinin əməkdaşı olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəza nəticəsində avtomobil yanıb.