Azərbaycanda DƏHŞƏT:   ər-arvad benzin töküb özlərini yandırdılar  - TƏFƏRRÜATLAR
26 sentyabr 2023 11:19 (UTC +04:00)

Azərbaycanda DƏHŞƏT: ər-arvad benzin töküb özlərini yandırdılar - TƏFƏRRÜATLAR

Kürdəmir rayonunda ər və arvadının ölüm səbəbləri barədə müxtəlif versiyalar ortaya çıxır. Onlardan biri də odur ki, ailə üzvləri evə daxil olaraq telefonu şarj etmək məqsədilə adapteri elektrik cərəyanına qoşublar. Bu zaman mənzildə güclü partlayış baş verib. 

Lent.az hadisənin təfərrüatlarını araşdırıb. Hadisənin partlayışdan baş verməsi xəbəri özünü doğrultmayıb. 

Kənd sakinlərinin bildirdiyinə görə, V. Zərbəliyev dünən günorta saatlarında nahara gəlibmiş. Bu zaman yan otaqda həyat yoldaşının qışqırığını eşidib.

Hadisə şahidlərinin dediyinə görə, yanan həyat yoldaşını xilas edərkən su əvəzinə çaşıb benzin töküb. Nəticədə hər ikisi yanaraq ölüb. 

Evdə vedrə ilə benzinin olmasının nə qədər inandırıcı olduğunu bilməsək də, nəticədə ər və arvad yanaraq dünyasını dəyişib. Kənd sakinlərinin əməkdaşımıza verdiyi məlumata görə, bu daha çox intihar xarakterli hadisədir.

***

09:20

Kürdəmirdə intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Çöhranlı kəndində baş verib. 37 yaşlı Zərbəliyev Vüsal Hətəmxan oğlu arvadı 35 yaşlı Şəbnəmlə birgə benzin tökərək özlərini yandırıblar.

Onlar aldığı xəsarətlərdən yerləşdikləri xəstəxanada ölüblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10824

Oxşar yazılar