Azərbaycanda daha bir "tiktoker" həbs edilib.
Lent.az xəbər verir ki, "TikTok"da "Ömər" ləqəbi ilə tanınan 2000-ci il təvəllüdlü Rövşən Camirzəyevə 15 sutka inzibati həbs cəzası verilib.
O, İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
Qeyd edək ki, bundan bir neçə gün əvvəl "tiktoker"lər "Daqqılı" ləqəbli Ziliş Cəfərov və Səbuhi Xanlarov da inzibati qaydada həbs ediliblər.