Azərbaycanda daha bir qız qaçırıldı
30 noyabr 2022 12:14 (UTC +04:00)

Azərbaycanda daha bir qız qaçırıldı

0

Yevlaxda qızı qaçıran saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinə noyabrın 28-də saat 9 radələrində 26 yaşlı bir qızın evlənmək məqsədi ilə oğurlanması barədə məlumat daxil olub.

Araşdırmalar zamanı qızın rayon sakini Z.M. tərəfindən zorla və iradəsinə zidd olaraq qaçırılması müəyyən olunub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Z.M. saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2993

Oxşar yazılar