Qazaxda narkotik satan və alan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan Lent.az-a verilən xəbərə görə, Qazax rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakinləri Məlahət Muradova və Faiq Məmmədov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxslər narkotik vasitəni evində xidmətçi işlədikləri Adil Qurbanovdan pul müqalibində aldıqlarını etiraf ediblər.
Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxslərə narkotik vasitəni satmaqda şübhəli bilinən rayon sakini Adil Qurbanov da saxlanılıb. Onun evinə baxış zamanı ümumi çəkisi 295 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.