Azərbaycanda daha bir məktəbli  qızılcadan öldü - YENİLƏNİB
15 fevral 2024 16:10 (UTC +04:00)

Azərbaycanda daha bir məktəbli qızılcadan öldü - YENİLƏNİB

Fevralın 12-i saat 22:51-də 2010-cü il təvəllüdlü (qadın cinsli) şəxs Sabunçu Tibb Mərkəzinin nəzdindəki Məhəmmədi Modul Tipli Xəstəxanasına hospitalizasiya olunub.

TƏBİB-dən Lent.az-a verilən məlumata görə, azyaşlıda fevralın 3-dən infeksion mənşəli xəstəliyə yoluxma halı qeydə alınıb. Tibb müəssisəsinə vəziyyəti son dərəcə ağır, şok vəziyyətində, intoksikasiya əlamətləri ilə daxil olub.

Ona qızılcanın ensefalitlə ağırlaşması, kəskin tənəffüs çatışmazlığı, ürək-damar çatışmazlığı, kəskin böyrək çatışmazlığı, hipovolemik şok diaqnozu təyin edilib.

Pasiyentin fevralın 13-də vəziyyəti pisləşib, tənəffüs və ürək-damar çatışmazlığı əlamətləri qeyd edilib.

Həmin gün saat 19:40-da pasiyentdə ürək fəaliyyətinin dayanması halı baş verib, aparılan reanimasiyon tədbirlər nəticə verməyib.

Ölüm səbəbi kəskin ürək-damar, tənəffüs çatışmamazlığı və kəskin böyrək çatışmamazlığı olaraq qeyd olunur.

***
Saat: 12:28

Bakı şəhəri Səbail rayonu 51 saylı orta məktəbin 8-ci sinif şagirdi qızılcadan vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, məktəbin 8-ci sinif şagirdi, 14 yaşlı Nuray Süleyman qızı İbrahimova qızılca xəstəliyinin ağırlaşması səbəbindən həyatını itirib.

Qeyd edək ki, son vaxtlar ölkədə azyaşlı və yeniyetmələr arasında qızılca xəstəliyinin ağır keçməsi halları kəskin artıb və xeyli uşaq vəfat edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7002
avatar

Oxşar yazılar