Ağstafa rayonunda ana uşağını döyüb.
Lent.az-ın məlumatına görə, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Videoda qeyd olunur ki, ana uşağın başına daşla vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Lent.az-a bildirib ki, sözügedən azyaşlı xəstəxanaya yerləşdirilib:
“Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır. İlkin məlumata görə, uşağa anası tərəfindən daşla baş nahiyəsindən xəsarət yetirilib.
Faktla bağlı müvafiq ekspertiza təyin olunub. Ekspertiza rəyindən və araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək”.