Azərbaycanda axund   narkotiklə tutuldu - YENİLƏNİB
12 aprel 2024 19:23 (UTC +04:00)

Azərbaycanda axund narkotiklə tutuldu - YENİLƏNİB

Neftçala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Samid Salamov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, ondan 35 büküm metamfetamin, tiryək, şüşə qabda qablaşdırılmış marixuana, çətənə bitkisinin toxumları, 100-dən artıq narkotik tərkibli həb və bir ədəd elektron tərəzi aşkarlanıb.

Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar davam etdirilir.

Neftçala rayonunda axund narkotacir kimi həbs edilib.

Lent.az bakupost.az-a istinadla xəbər verir ki, ötən gecə Daxili İşlər Nazirliyinin əməkdaşları rayonda narkotikin istifadəsinə və satışına qarşı əməliyyat keçiriblər.

Əməliyyat zamanı bir neçə nəfər saxlanılıb. Saxlanılanlardan biri axund Samid Şakir oğlu Salamov olub. O, rayonda Kərbəlayi Samid kimi tanınır.

Neftçalada mədrəsədə çalışırmış.

Axund Samid Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif edilib.

# 28578
avatar

Oxşar yazılar