Azərbaycanda 7 prokuror işdən çıxarıldı, 2-si orqandan qovuldu
26 yanvar 2024 11:00 (UTC +04:00)

Azərbaycanda 7 prokuror işdən çıxarıldı, 2-si orqandan qovuldu

Xəbər verildiyi kimi, yanvarın 26-da Azərbaycan Respublikasının Baş Prokurorluğunda Geniş Kollegiya iclası keçirilib.

Lent.az xəbər verir ki, geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev çıxış edib.

Baş prokuror bildirib ki, 2023-cü ildə 30 prokurorluq işçisi və 8 dövlət qulluqçusu barəsində intizam tənbeh tədbiri tətbiq edilib. Onlardan 7 nəfər vəzifədən azad olunub, 2 nəfər prokurorluq orqanlarından xaric edilib.

Həmçinin, bildirilib ki, 2023-cü ildə 57 şəxs işə qəbul edilib, 355 şəxs isə həvəsləndirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 42624
avatar

Oxşar yazılar