Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 4 milyon 793 min 692 manat оlan qaçaqmal aşkarlanıb.
Lent.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin aprel ayı üzrə hesabatında qeyd olunub.
Bildirilib ki, qaçaqmal məhsullar sırasında о cümlədən dron, patron, dərman vasitələri, spirtli içki və tütün məmulatları aşkar olunaraq götürülüb.