Azərbaycan sərhədini pozan iranlı  saxlanıldı
15 dekabr 2023 11:02 (UTC +04:00)

Azərbaycan sərhədini pozan iranlı saxlanıldı

0

İranla sərhəddə pozuntu aşkarlanıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə dekabrın 14-də saat 15:55-də “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində baş verib. İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən İran vətəndaşı saxlanılıb.

Saxlanılan şəxsin üzərindəki bağlamaya baxış keçirərkən 15 kiloqram 600 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3428

Oxşar yazılar