Azərbaycanda ZƏLZƏLƏ:  FHN məlumat yaydı - YENİLƏNİB
17 iyul 2024 09:51 (UTC +04:00)

Azərbaycanda ZƏLZƏLƏ: FHN məlumat yaydı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Gürcüstan-Azərbaycan sərhədindəki zəlzələ ilə bağlı məlumat yayıb.

Nazirlikdən Lent.az-a verilən məlumata görə, zəlzələ nəticəsində Azərbaycan ərazisində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumatın daxil olmadığı bildirilib.

"Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş ilkin məlumata əsasən, 17.07.2024-cü il tarixində yerli vaxtla saat 06:09 dəqiqədə Zaqatala seysmik stansiyasından 61 km cənub-qərbdə, Gürcüstan Respublikası ərazisində 5 km dərinlikdə 4.8 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4.8 bal, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub. Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb", - açıqlamada deyilir.

***

saat 08:09

Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Lent.az xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ Azərbaycanın sərhəd rayonlarında, Ağstafa, Tovuz, Balakən, Zaqatala, Gəncə, Gədəbəy və digər rayonlarda 4-3 bala qədər hiss olunub.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1569
avatar

Oxşar yazılar