Aylıq internet puluna görə anasını döydü
08 iyun 2024 11:36 (UTC +04:00)

Aylıq internet puluna görə anasını döydü

Rusiyanın Kostroma vilayətinin sakini anasını hamamda döyüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, 20 yaşlı oğlan mobil internet haqqını ödəmək üçün anasından pul istəyib. O, rədd cavabı aldıqdan sonra yumruqları ilə qadına hücum edib.

Qadının qışqırtısını eşidən qonşular polisə müraciət edib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayana qədər, oğlan anasının bank kartından pul oğurlayıb və mütəmadi olaraq onu döyüb. Oğula qarşı cinayət işi açılıb, adamı 7 ilə qədər həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2601
avatar

Oxşar yazılar