Axşam gəzməyə çıxan 4 qız itkin düşdü
30 iyun 2023 12:21 (UTC +04:00)

Axşam gəzməyə çıxan 4 qız itkin düşdü

0

Krasnoyarsk diyarının Şaripovo kəndində gəzintiyə çıxan 15-17 yaşlı 4 qız itkin düşüb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə “Şripovski Ailə Mərkəzi”nin reabilitasiya şöbəsinin sosial pedaqoqu polisə məlumat verib.

Bildirilir ki, mərkəzdən axşam gəzintisinə çıxan 4 qız bir daha geri qayıtmayıblar.

Hüquq-mühafizə orqanları və könüllülər qızları axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3167

Oxşar yazılar