AXCP sədrinin müavini saxlanıldı  və sərbəst buraxıldı - YENİLƏNİB
07 iyun 2024 14:18 (UTC +04:00)

AXCP sədrinin müavini saxlanıldı və sərbəst buraxıldı - YENİLƏNİB

Şirvanda saxlanılan AXCP sədrinin müavini Ayaz Məhərrəmov sərbəst buraxılıb.

DİN-in Mətbuat xidmətindən Lent.az-a bildirilib ki, A.Məhərrəmov barəsində qanunvericiləyə uyğun tədbir görülərək sərbəst buraxılıb.

***

saat 10:54

AXCP İdarə Heyətinin üzvü, partiya sədrinin müavini Ayaz Məhərrəmovun Şirvan şəhərində polis əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumatlar yayılıb. 

DİN-in Mətbuat Xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, iyunun 6-da saat 23 radələrində DİN-in “102 Zəng Mərkəzi”nə Şirvan şəhərində evlərin birinə oğurluq məqsədilə naməlum şəxsin daxil olması və bunun yaşayış sahəsində mövcud olan kameraya düşməsi ilə bağlı müraciəti daxil olub. 

Polis əməkdaşları tərəfindən çağırış üzrə həmin ünvanda olan şəxs saxlanılaraq Şirvan Şəhər Polis Şöbəsinə gətirilib. Araşdırmalarla həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunan,  1982-ci il təvəllüdlü Məhərrəmov Ayaz Həbib oğlu olması müəyyən edilib. 

Fakt üzrə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4143
avatar

Oxşar yazılar