Avtoritetlərin "sxodka"sında  iştirak edən saxlanıldı
18 oktyabr 2024 17:56 (UTC +04:00)

Avtoritetlərin "sxodka"sında iştirak edən saxlanıldı

Ukraynanın paytaxtı Kiyevdə çağırışçıların sərhəddən keçirilməsi ilə məşğul olan “kriminal avtoritetlər birliyi”nin iştirakçısı saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, şübhəli şəxs bu ilin may ayında hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 5 kriminal avtoritetlə birgə görüşlərdə (“sxodka”) iştirak edib.

İclas iştirakçıları çağırışçıların Ukraynanın dövlət sərhədindən keçirilməsi, hərbi xidmətə yararsızlıq haqqında hərbi həkim komissiyalarının, eləcə də TTK və SP arayışlarının hazırlanmasının təmin edilməsi məsələsini müzakirə ediblər. 2022-ci ilin iyun - 2023-cü ilin sentyabr ayları ərzində onlar ən azı 42 "müştəri"nin işini həll ediblər.

Hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Kiyev ərazisində “kriminal avtoritetlərin” iştirakı ilə üç kriminal görüş keçirilib.

Şübhəli şəxs barəsində həbs-qətimkan tədbiri seçilib. Bu, əmlakı müsadirə olunmaqla 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 537
avatar

Oxşar yazılar