Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Lənkəran şəhər Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş R.Əkbərov 50 qram heroini satarkən saxlanılıb.
Polis əməkdaşları tərəfindən ona məxsus “VAZ-2106” markalı avtomobilə baxış zamanı oradan əlavə 6 kiloqram 20 qram heroin, 1 kiloqram 250 qram metamfetamin, 1 kiloqram 995 qram marixuana və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.