Avtobusdan 240 manat oğurlayan yeniyetmə saxlanıldı
10 yanvar 2024 10:55 (UTC +04:00)

Avtobusdan 240 manat oğurlayan yeniyetmə saxlanıldı

Sumqayıtda avtobusda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 3-cü və 4-cü Polis bölmələri əməkdaşlarının keçirdikləri tədbirlərlə yanvarın 9-da 1-ci mikrorayon ərazisində bir marşrut avtobusundan soyğunçuluq yolu ilə 80 manat pul talamaqda, digər marşrut avtobusundan isə 160 manat pul oğurlamaqda şübhəli bilinən Kotec qəsəbə sakini olan yeniyetmə müəyyən olunaraq saxlanılıb. 

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3658

Oxşar yazılar