Bakı sakinindən narkotik maddə aşkarlanıb.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları daxil olmuş məlumat əsasında birgə əməliyyat tədbiri keçiriblər. Nəticədə Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Həsənquliyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar edilib.
Ətrafında aparılan tədbirlərlə onun fevralın 4-də K.Quliyevanın cibindən mobil telefon, fevralın 7-də isə xətt avtobusunda Xırdalan şəhər sakini Q.Əsgərovun cibindən mobil telefonunu oğurlaması da müəyyən edilib.