Atasını parçalayıb tualetdə gizlətdi
15 iyul 2026 10:14 (UTC +04:00)

Atasını parçalayıb tualetdə gizlətdi

0

Türkiyənin Kırıkkale vilayətində itkin düşmə müraciəti ilə başlayan araşdırma dəhşətli cinayəti üzə çıxarıb.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Kırıkkalenin Çələbi rayonunun Qaraağac kəndində yaşayan 25 yaşlı Ö.A. atası Yusuf Ayandan təxminən bir gündür xəbər ala bilmədiyini bildirərək hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciətdən sonra Kırıkkale Respublika Baş Prokurorluğu tərəfindən araşdırmaya başlanılıb. Prokurorluğun göstərişi ilə polis əməkdaşları 55 yaşlı Yusuf Ayanın tapılması üçün genişmiqyaslı axtarış aparıblar. İstintaq çərçivəsində müraciəti edən Ö.A. və hadisə ilə əlaqəsi ola biləcəyi ehtimal edilən şəxslərin ifadələri alınıb. Ö.A.-nın ifadələrində ziddiyyətlər müəyyən edildikdən sonra axtarışlar onun yaşadığı ev və ətrafında intensivləşdirilib. Polis əməkdaşlarının evdə apardığı axtarış zamanı Yusuf Ayanın meyitinin hissələri evin həyətində yerləşən tualetdə aşkar edilib. Araşdırma zamanı meyitin əvvəlcədən parçalandığı müəyyən olunub. Hadisə ilə bağlı Ö.A. da daxil olmaqla 3 şübhəli saxlanılıb. Kimliyi müəyyən edilən daha bir nəfərin tutulması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 318

Oxşar yazılar