Ata və iki qızı "Tesla"da yanıb  öldülər
19 sentyabr 2025 11:50 (UTC +04:00)

Ata və iki qızı "Tesla"da yanıb öldülər

0

Almaniyada 43 yaşlı kişi və onun iki qızı “Tesla” markalı avtomobilin ağaca çırpılaraq alovlanması nəticəsində yanaraq ölüblər.

Lent.az xarici mediaya istinadla bildirir ki, avtomobil Şimali Reyn-Vestfaliya əyalətindəki Villiqst şəhərində başqa bir maşını ötməyə cəhd edib, lakin yoldan çıxaraq ağaca çırpılıb. Zərbədən sonra avtomobil alovlanıb.

Nəticədə maşında olan ata və iki qızı yanaraq, ölüblər.

Hadisə yerində yaşayanlar sərnişinləri xilas etməyə çalışsalar da, “Tesla” avtomobillərinin çıxan tipli qapı dəstəkləri səbəbindən qapıları aça bilməyiblər.

Daha sonra dəqiqləşdirilmiş məlumata görə, uşaqlardan biri avtomobildən çıxmağı bacarıb və helikopterlə xəstəxanaya çatdırılıb.

Mütəxəssislər bildirirlər ki, bəzi “Tesla” modellərində belə bir problem var: elektrik təchizatı kəsiləndə qapı dəstəkləri işləmir və avtomobili çöldən açmaq demək olar ki, mümkün olmur. Qaydalar üzrə qapıları yalnız daxildən əl ilə açmaq mümkündür ki, bu da xilasedicilərin işini çətinləşdirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 394

Oxşar yazılar