Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən  atdı
02 dekabr 2024 19:31 (UTC +04:00)

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Noyabrın 28-i günorta saatlarında təcili yardım maşını yaralı 17 yaşlı qızı İrkutsk xəstəxanasının reanimasiya şöbəsinə çatdırıb. Məktəbli qızın bədənində sağ yeri olmayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, tezliklə həkimlər qol və ayaqların çoxsaylı sınıqları diaqnozu qoyublar. Belə təsəvvür yaranıb ki, o, avtomobil qəzasında və ya buzda sürüşərkən belə xəsarətlər ala bilərdi. Amma dəhşətli həqiqət xəstəxanaya yerləşdirildikdən ertəsi gün üzə çıxıb. Məlum olub ki, yeniyetməni bu vəziyyətə öz atası gətirib. Kişi qızını döyüb, sonra onu dördüncü mərtəbənin pəncərəsindən atıb. 

Xatırladaq ki, bədbəxtlik bir müddət əvvəl başqa ölkədən İrkutska köçmüş böyük bir ailədə baş verib. Cütlük bir neçə uşaq böyüdüb (altı və ya yeddi – dəqiq say göstərilməyib). Ata böyük ailəni təmin etmək üçün inşaatçı işləyib.

Məlum olub ki, noyabrın 28-də ailə başçısı 17 yaşlı qızının görünüşünə qəzəblənib. Onun açıq-saçıq paltarı atasının xoşuna gəlməyib. Daha sonra o, yeniyetməyə yumruqları ilə hücum edib. Bəs qızın anası niyə ona mane olmayıb? Məlum olub ki, qadın həmin vaxt evdə olmayıb, kiçik uşaqları ilə xəstəxanada olub.

Pəncərədən atılan qız xəstəxanaya aparılıb. Özünə gələndə o, müstəntiqlərə atasının onunla heyvancasına davrandığını və öldürməyə çalışdığını danışıb. Məlum olub ki, yeniyetmə artıq reanimasiyadan ümumi palataya köçürülüb. Dekabrın 2-nə olan məlumata görə, məktəblinin vəziyyəti stabil qiymətləndirilir.

İrkutsk vilayətinin İstintaq Komitəsi faktla bağlı “Öldürməyə cəhd” maddəsi ilə cinayət işi açıb. Əcnəbi saxlanılaraq dindirilib. Yeri gəlmişkən, o, günahını etiraf etmir. Məhkəmə iki ay müddətinə həbs qətimkan tədbiri seçib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 912
avatar

Oxşar yazılar