Astarada oğlunu güllələyən ata həbs edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Lent.az-a bildirilib ki, şəxsi münasibətlər zəminində oğlu Tural Hüseynova ov silahı ilə xəsarət yetirməkdə şübhəli bilinən Ağaşir Hüseynov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.
***
20 oktyabr, saat 21:16
Astarada ata oğluna ov tüfəngi ilə atəş açıb.
Lent.az-ın məlumatına görə, hadisə saat 20 radələrində Astara rayonunun Sığaloni kəndi ərazisində baş verib.
Ata Ağaşir Hüseynov oğlu 33 yaşlı Tural Ağaşir oğlu Hüseynovu ov tüfəngi ilə güllələyib. T.Hüseynov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə yerləşdirilib.
Yaralılya zəruri ilkin tibbi xidmətlər göstərilib və cərrahiyyə şöbəsinin əməliyyat blokuna alınıb. İlkin məlumata görə ata və oğul arasında mübahisə sitrus meyvələri üstündə yaranıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, Astara rayon sakini Tural Hüseynovun ov silahından açılan atəş nəticəsində xəsarət alması ilə bağlı polisə məlumat daxil olub.
Cinayət əməlini törədənin şəxsiyyəti müəyyən edilib və hazırda saxlanılması istiqamətində tədbirlər davam etdirilir.