Astarada yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az APA-nın Cənub bürosuna istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.
Rayonun Ərçivan kənd sakini 19 yaşlı İmaməli Arif oğlu Əliyevin idarə etdiyi 07-BD-877 dövlət qeydiyyat nömrə nişanlı “VAZ 2107” markalı avtomobil hərəkətdə olarkən yağışlı havada idarəetməni itirərək, yol kənarındakı iri gövdəli ağaca çırpılıb.
Zərbənin təsirindən avtomobilldə olan 18 yaşlı sərnişin İmaməli İsmayıl oğlu Hüseynov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb araşdırma aparılır.
İlkin Rzayev