Astarada 19 yaşlı gəncin meyiti tapılıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Ərçivan qəsəbəsində qeydə alınıb.
Səhər saatlarında 2004-cü il təvəllüdlü qəsəbə sakini Sənan Rövşən oğlu Əfsəlovun meyiti yaşayış olmayan həyətyanı ərazidə asılmış vəziyyətdə aşkar edilib. Hadisə yerinə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisənin hansı səbəbdən və hansı şəraitdə baş verməsi məlum deyil. Mərhumun evdən çıxaraq heyvanları örüşə apardığı deyilir. İlkin ehtimala görə, 19 yaşlı gənc intihar edib.
Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.