Aslan 5 yaşlı oğlanı parçaladı
24 oktyabr 2024 13:42 (UTC +04:00)

Aslan 5 yaşlı oğlanı parçaladı

Hindistanda nəzarətsiz qalan 5 yaşlı uşağa aslan hücum edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, hadisə Əmrəli rayonunun Navi Cikədri kəndində baş verib. Yaşlı ailə üzvləri pambıq yığmağa fermaya gedib, azyaşlı oğlan isə kabinənin yanında qardaşı ilə oynayıb. Bu zaman bir aslan uşağı tutub kolluğa sürükləyib.

Uşağın qardaşı qışqırmağa başlayıb və səsə qonşular gəlib. Axtarış zamanı uşaq otların arasından, bəzi orqanlarının yeyilmiş vəziyyətdə olduğu halda tapılıb.

Yerli məmurlar yırtıcını tutmaq üçün tələlər qurublar.

Qeyd olunur ki, bu, ərazidə ilk belə hal deyil. Belə ki, bu ərazidə 150-yə yaxın şir yaşayır ki, onların da bəziləri insanların qarşısına çıxır. Buna görə də yerli sakinlər yırtıcılarla qarşılaşmağa öyrəşiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1884
avatar

Oxşar yazılar