Perm diyarında kişi həyat yoldaşına ağır xəsarətlər yetirib.
Lent.az Rusiya mediasına istinadən xəbər verir ki, hadisə iyulun 1-də Aleksandrovskda baş versə də, hüquq-mühafizə orqanlarına indi məlum olub. İstintaqın məlumatına görə, kişi arvadının sağ əlini bıçaqla kəsib. Bundan əlavə, kişi arvadını zorlayıb. Nəticədə hüquq-mühafizə orqanları iki cinayət işi açıb.
Məlumata görə, cütlük yeddi ildir evlidir. Oğlu doğulandan bir il sonra ər arvadına dostları və ailəsi ilə ünsiyyət qurmağı qadağan etməyə başlayıb. Bundan əlavə, o, qadını döyüb və bir dəfə saçını qırxıb.
Həmin şəxs hazırda həbsdədir.