Azərbaycanda ən yaşlı məhkum ölüb.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrindən birində qeydə alınıb.
90 yaşlı məhkum Səfər Səfərov saxlanıldığı həbsxanada vəfat edib.
Qeyd edək ki, Səfər Səfərov 2015-ci ildə arvadını öldürməkdə təqsirli bilinərək həbs edilib.
Hadisə Zaqatalanın Əliabad qəsəbəsində qeydə alınıb. 83 yaşlı S. Səfərov polisə məlumat verərək, 3 nəfər maskalı şəxsin onun yaşadığı evə basqın etdiyini və arvadı, 86 yaşlı Xanpərini öldürdüklərini bildirib.
Hadisə yerinə çıxan əməliyyatçılar 83 yaşlı qocanın polisi aldatdığını müəyyən ediblər. Məlum olub ki, Səfər Səfərov özü arvadını qətlə yetirib.
O, məhkəmənin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.