Türkiyədə kişi arvadına seksual xarakterli mesajlar göndərən şəxsi öldürüb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Denizli bölgəsində qeydə alınıb.
Gökhan S. həyat yoldaşına seksual xarakterli mesajlar göndərdiyini iddia etdiyi Hüseyn adlı şəxsin ayaqlarına atəş açıb. Hadisə yerinə təcili sağlamlıq və polis qrupları sövq edilib. Gökhan.S. saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.