Araz Əlizadə dəfn edildi -  YENİLƏNİB
06 oktyabr 2022 14:57 (UTC +04:00)

Araz Əlizadə dəfn edildi - YENİLƏNİB

Azərbaycan Sosial Demokrat Partiyasının sədri, sabiq deputat Araz Əlizadə dəfn edilib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Təzəpir məscidində mərhumla yaxınları və dostları vidalaşıb.

Daha sonra Araz Əlizadənin cənazəsi Yasamal rayon qəbirstanlığına gətirilərək dəfn edilib.

***

11:42

Azərbaycanlı siyasətçi, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə bu gün gecə saatlarında vəfat edib.

Lent.az xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu məlumat verib. 

O bildirib ki, onkoloji xəstəlikdən əziyyyət çəkən atası bu gün günorta saatlarında Yasamal qəbiristanlığında dəfn ediləcək.

# 8532
avatar

Oxşar yazılar