Araz çayında ölümlə üzləşən gənc xilas olundu - VİDEO
29 iyul 2026 09:42 (UTC +04:00)

Araz çayında ölümlə üzləşən gənc xilas olundu - VİDEO

0

İmişlidə bir nəfər Araz çayında batma təhlükəsi ilə üzləşib.

Fövqəladə Hallar Nazirliyindən Lent.az-a verilən xəbərə görə, hadisə çayın Qaralar kəndindən keçən hissəsində qeydə alınıb.

“112” qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən keçirilən operativ xilasetmə tədbirləri sayəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 23 yaşlı İsmayıllı Ramin İmanqulu oğlu xilas edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar