Araz çayı sahilində  gizlədilən narkotik   tapıldı
16 iyun 2023 11:45 (UTC +04:00)

Araz çayı sahilində gizlədilən narkotik tapıldı

0


İyun ayının 16-da saat 01:30-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Zəngilan rayonunun Muğanlı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidməti mətbuat mərkəzindən Lent.az-a verilən məlumata görə,  sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Araz çayı sahilində kolluq ərazidə gizlədilmiş 1 ədəd bağlamada ümumi çəkisi 3 kiloqram 215 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1931

Oxşar yazılar