Anasının oğurladığı deyilən azyaşlı qız  GÖRÜN NƏLƏR DANIŞDI
10 dekabr 2021 12:55 (UTC +04:00)

Anasının oğurladığı deyilən azyaşlı qız GÖRÜN NƏLƏR DANIŞDI

Şirvan şəhər sakini Tamella Mustafayeva 13 yaşlı nəvəsi A.A.nın narkotik istifadəçisi olan anasının zorla Bakıya şəhərinə aparılması, atalığının döyməsi və polisdə şikayətə baxılmaması ilə bağlı sosial şəbəkələrdə iddialar səsləndirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, iddialar dərhal nəzarətə götürülməklə müvafiq araşdırmalar aparılıb, iddiaların bütün təfərrüatları yoxlanılıb:

"Məlum olub ki, nənə əsəb-nevroloji xəstəlikdən əziyyət çəkir və müvafiq səhiyyə orqanında rəsmi qeydiyyatdadır. A.A.nı atalığının döyməsi, ananın narkotik istifadəçisi olması ilə bağlı iddialar təsdiqini tapmayıb. 

A.A.nın müvafiq polis bölməsində ananın iştirakı ilə izahatı da alınıb. O, heç kimin  zorakılığına məruz qalmadığını, atalığını iki il müddətdən artıq olar ki, görmədiyini bildirib. Ana və qızı qeydiyyatda olduqları Şirvan şəhərinə qayıdıblar. 

Bu gün yenidən ailə ilə əlaqə saxlanılıb, onları narahat edən hansısa neqativ halın olmadığını bildiriblər".

Qeyd edək ki, ötən gün Şirvan şəhərində narkotik istifadəçisi olan ananın öz qızını oğurladığı iddiaları ilə bağlı xəbər vermişdik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3054
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10